Parataekvondoçularımız 15 medal qazandılar

Parataekvondoçularımız 15 medal qazandılar

Arubanın Santa-Kruz şəhərində keçirilmiş dünya çempionatında Azərbaycanın parataekvondo üzrə milli komandası 15 medal qazanıb. Siasport.az saytının məlumaatına görə, çempionatda 14 ölkədən 53 idmançı birincilik uğrunda mübarizə aparıb. On iki final görüşü keçirən Azərbaycan idmançılarından Emil Nüsrəddinov (A6, 58 kq), Nicat Müslümov (A6, 68 kq), Hüseyn Həsənov (A8, 80 kq), Vüsal İsmayılov (A6, 80 kq), Vüqar Adışirinov (A8, 80 kq-dan yuxarı) və Aynur Məmmədova (A8, 57 kq) qızıl medal qazanıblar.
Gümüş mükafata Namiq Abbasov (A5, 58 kq), Rövşən Qəhrəmanlı (A8, 58 kq), Anar Hüseynov (A5, 68 kq), Rövşən Rzayev (A8, 80 kq), Cahangir Bayramov (A8, 80 kq-dan yuxarı) və Röyalə Fətəliyeva (A8, 49 kq) sahib olublar.
Yarışda Mahmud Səmədov (A8, 68 kq), Əbülfəz Abuzərli (A8, 68 kq) və Aleksandr Polişuk (A6, 80 kq) isə üçüncü yeri tutublar.
Azərbaycan idmançılarının bu uğuru Dünya Taekvondo Federasiyasının rəsmi internet səhifəsində geniş işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə