Bakının qadın voleybolçulardan ibarət "Rabitə" komandası Çempionlar Liqası yarışlarında dördüncü oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, komandamız qrup mərhələsi çərçivəsində növbəti matçını "Sərhədçi" Olimpiya İdman Mərkəzində Polşanın "Atom" kollektivinə qarşı keçirib. Azərbaycan voleybolçularının üstünlüyü şəraitində keçən görüşdə "Rabitə" komandası 3:1 (25:11, 23:25, 27:25, 25:21) hesablı qələbə qazanıb. Bir həftə əvvəl Polşada keçirilmiş oyunda da "Rabitə" rəqibindən üstün olub - 3:0.
Qeyd edək ki, "Rabitə" ilk oyununu səfərdə "Agel"ə (Çexiya) qarşı keçirib və qələbə qazanıb - 3:0. İtaliyanın "Villa Korteze" klubu ilə Bakıdakı görüşdə də 3:1 hesablı qələbə əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB