Vladimir Vermezoviç: "Nəticədən razıyam"

Vladimir Vermezoviç: "Nəticədən razıyam"

Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutan "Neftçi" - "Partizan" qarşılaşmasından sonra qonaqların baş məşqçisi Vladimir Vermezoviç oyun barədə fikirlərini açıqlayıb. Siasport.az saytının məlumatına görə, baş məşqçi matçın gərgin keçdiyini bildirib: "Çox yaxşı və gərgin oyun keçdi. Hər iki komanda qələbə qazanmağa çalışırdı. İlk yarıda qapıçımız bir neçə dəfə yüz faizlik epizodda komandamızı xilas etdi. İkinci hissədə daha yaxşı oynadıq. Futbolçumuz meydandan qovulandan sonra da oyundan qopmadıq. 10 nəfərlə qalmağımızı nəzərə alsaq, nəticədən razıyam. Müdafiədə yaxşı oynadıq. Qapıçımız qol buraxdı, amma bir neçə epizodda komandanı xilas etdi. Birinci yarıda "Neftçi", ikinci hissədə isə biz yaxşı oynadıq. Aleksandar Mitroviçin meydandan qovulması barədə dəqiq bir söz deyə bilmərəm. Vəziyyəti görə bilmədim".

Bütün xəbərlər Facebook səhifəmizdə