"Neftçi" "Partizanı" məğlub edə bilmədi

"Neftçi" "Partizanı" məğlub edə bilmədi

UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Azərbaycan çempionu "Neftçi" Serbiyanın "Partizan" klubunu qəbul edib. Siasport.az saytının məlumatına görə, oyunda komandalar hərəyə bir dəfə fərqləniblər. Belə ki, matçın 10-cu dəqiqəsində Flavinyonun vurduğu qola 67-ci dəqiqədə Mitroviç cavab verib. Rəqib azlıqda qalsa da, komandamız bundan yararlana bilməyib və qarşılaşma heç-heçə başa çatıb - 1:1.

Avropa Liqası

Qrup mərhələsi
V tur, 22 noyabr

H qrupu
Neftçi (Azərbaycan) - Partizan (Serbiya) 1:1

Qollar: Flavinyo, 10 - Aleksandar Mitroviç, 67.

Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev (17. Araz Abdullayev, 61), 32. Elvin Yunuszadə, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 8. Elşən Abdullayev, 19. Mirhüseyn Seyidov, 14. Bahodir Nasimov, 21. Kamil Nurəhmədov.
Baş məşqçi: Böyükağa Hacıyev.

Partizan: 30. Nikola Petroviç, 2. Aleksandar Milkoviç, 3. Vladimir Volkov, 15. İvan İvanov, 40. Miloş Ostoyiç, 7. Nemanya Tomiç, 22. Saşa İliç (k), 39. Miloş Yoyiç (21. Saşa Markoviç, 83), 50. Lazar Markoviç (45. Aleksandar Mitroviç, 46), 99. Milan Smilyaniç, 12. Stefan Şçepoviç (44. Marko Şçepoviç, 66).
Ehtiyat oyunçular: 33. Radişa İliç, 17. Sreten Sretenoviç, 18. Aleksandar Lazevski, 11. Nikola Ninkoviç.
Baş məşqçi: Vladimir Vermezoviç.

Sarı vərəqələr: Emin Mehdiyev, 48. Flavinyo, 68. Saşa Stamenkoviç, 78. Elvin Yunuszadə, 82 – Nemanya Tomiç, 44. Miloş Ostoyiç, 74. Vladimir Volkov, 76. Marko Şçepoviç, 78.
Qırmızı vərəqə: Aleksandar Mitroviç, 77.
Hakimlər: Simon Li Evans, Edvard Kinq, Filip Tomas, Alun Bure, Mark Steven Vitbi, Brin Markham-Jones (Uels).
Hakim-inspektor: Rudolf Zavrl (Sloveniya).

UEFA nümayəndəsi: Günter Benkö (Avstriya).
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.00.

Bütün xəbərlər Facebook səhifəmizdə