Böyükağa Hacıyev: "Əgər getmək istəyirsə, ona yaxşı yol"

Böyükağa Hacıyev: "Əgər getmək istəyirsə, ona yaxşı yol"

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev əsas heyətdə şans qazanmayan Saşa Yunisoğlunun getmək ehtimalına münasibət bildirib. Siasport.az saytının məlumatına görə, baş məşqçi bildirib ki, getmək istəyən futbolçunun qarşısını kəsməyəcək.

"Əgər o "Kəpəz"ə getmək istəyirsə, biz onun qarşısını kəsə bilmərik. Əgər getmək istəyirsə, ona yaxşı yol. Amma mənə heç nə deməyib",- deyə B.Hacıyev qeyd edib. //futbol11.az

Bütün xəbərlər Facebook səhifəmizdə