"İnter" PİK-in komandaları “Sabahın ulduzları” çempionatında

"İnter" PİK-in komandaları “Sabahın ulduzları” çempionatında

Bakı Futbol Federasiyasının keçirdiyi "Sabahın ulduzları" çempionatında 2-ci və 3-cü turların oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, U-13 çempionatında "İnter"PİK "İnter" və "Şəfa" komandalarıyla təmsil olunub. "İnter" 2-ci turda meydançaya çıxmayıb, 3-cü turda isə Xaqani Məmmədovun yetirmələri Seyhan Fərəcovun və Ceyhan Nuriyevin dəqiq zərbələri sayəsində "Xudafərin" komandasını 2:1 hesabı ilə məğlub ediblər. "Şəfa" isə 2-ci turda "Bakı" komandasına 0:6 hesabıyla qalib gəlib, 3-cü turda "Ümid" komandası ilə sülh bağlayıb - 0:0. 3 turdan sonra "İnter" 4 xalla turnir cədvəlində 5-ci yeri tutur. Eyni xal da "Şəfa"nın aktivindədir və bu komanda 6-cı yerdə qərarlaşıb.

U-11 turnirinin birinci mərhələsində "İnter"PİK-in "İnter", "İnter Ulduzları" və "Şəfa" komandaları iştirak edir. "Şəfa" və "İnter" "A" qrupunda mübarizə aparır. 2-ci turda "Şəfa" "Qarabağ" komandası ilə heç-heçə edib (0:0), "İnter Ulduzları" "Bakı"ya 1:2 hesabıyla məğlub olub. 3-cü turda "Şəfa" "Bakı FK Ulduzları" komandasına minimal hesabla uduzub, "İnter Ulduzları" isə "Azəri" komandasıyla sülh bağlayıb - 1:1. Beləliklə, 3 turdan sonra "Şəfa"nın aktivində 3 xal var və bu nəticəylə komanda qrupda 3-cü yeri tutur. "İnter Ulduzları" cəmi 1 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

"B " qrupunda "inter" iki oyun keçirib. İkinci turda komanda 2:0 hesabı ilə "Neftçi"yə qalib gəlib. "İnter"in heyətində Məhəmməd Məmişov və Ramin Məhərrəmov fərqləniblər. 3-cü turda isə komanda "Ümid"lə xalları bölüşdürüb - 1:1. "İnter"in heyətində yeganə qolu Elnur Namazov vurub. Qeyd edək ki, 3 turdan sonra "İnter"in aktivində 5 xal var və bu nəticəylə komanda qrupda 3-cü yeri tutur.

Əlavə edək ki, "Sabahın ulduzları" çempionatında növbəti turun oyunları bazar günü "Şəfa" stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə