Noyabrın 23-dən 25-dək Novxanı atçılıq mərkəzinin qapalı manejində Konkur növü üzrə "CSI-1*-W" kateqoriyalı Dünya Kubokunun təsnifat mərhələsi və Bakı çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə Azərbaycan idmançılarıyla yanaşı, İran, Gürcüstan, Almaniya, Qazaxıstan və Türkiyədən olan çaparlar da mübarizə aparacaqlar.
Qeyd edək ki, iki yarışda ən yaxşı nəticə göstərən zərbaycanlı çapar, Bakı çempionu adına layiq görüləcək. Beynəlxaq turniri İran, Türkiyə və Bolqarıstandan dəvət olunan hakimlər briqadası idarə edəcək. Yarışlar hər gün saat 12:00 da başlayacq. Dünya Kubokunun təsnifat mərhələsi və Bakı çempionatı yarışlarının ümumi mükafat fondu 9500 Avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB