Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 23 noyabr 2012-ci il tarixdə Binəqədi rayonunun 276 saylı orta məktəbində "Xəmsə" Milli İntellektual oyunu üzrə yeniyetmələr arasında ikinci Azərbaycan çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçiriləcək. Siasport.az saytının məlumatına görə, zona mərhələsində Bakı şəhərinin 11 rayonunun hər birindən 1 komanda, Abşeron rayonundan 2 komanda, Sumqayıt şəhərindən 3 komanda iştirak edəcək.
Tədbirin keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB