Bakı şəhər açıq birinciliyi keçirilib

Bakı şəhər açıq birinciliyi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə "Şən Delfin" Bakı şəhər açıq birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, birincilikdə "Təhsil" RİM RİOEUGİM, AzDBTİA, "Start" İK, "Hövsan" OİK, "Edem" SPA, MOİK, "Neftçi" İSM, "Sərhədçi" İOM, "Xətai" UGİM, Sumqayit idman klub və cəmiyyətlərini təmsil edən 114 idmançı (30 qız, 84 oğlan) iştirak edib. I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə