“Lokomotiv” “Fakro”nu yenə də məğlub etdi

“Lokomotiv” “Fakro”nu yenə də məğlub etdi

Bakının qadın voleybolçulardan ibarət "Lokomotiv" klubu Çempionlar Liqası yarışlarının 2012/2013-cü il mövsümündə dördüncü oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, turnirin debütantı olan komandamız qrup mərhələsi çərçivəsində növbəti matçını Azərbaycan Voleybol Mərkəzində Polşanın "Fakro" klubuna qarşı keçirib. Gərgin idman mübarizəsi şəraitində keçən oyun "Lokomotiv"in 3:2 (25:22, 22:25, 25:19, 20:25, 15:6) hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Lokomotiv" səfərdə keçirilən ilk oyunda bu rəqibini 3:1 hesabı ilə məğlub edib.

Komandamız turnirdə ilk oyununu səfərdə "Çrvena Zvezda"ya (Serbiya) qarşı keçirib və qələbə qazanıb - 3:2. Moskvanın "Dinamo" komandası ilə ev oyununda isə 3:0 hesablı qələbə qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə