"Bakı" futbol klubu daha bir nəhəng layihənin reallaşdırılması istiqamətində addım atdı. Siasport.az saytının məlumatına görə, "Atletiko Madrid"in rəsmiləri klubun qonaqları oldular. Bu ziyarətin nəticəsində bir neçə gün öncə iki klub arasında imzalanan müqavilədə nəzərdə tutulanlara rəsmən start verildi. Layihə çərçivəsində 3 il ərzində yüzlərlə azərbaycanlı futbolçu İapaniyada "Atletiko Madrid" futbol akademiyasında təhsil ala biləcəklər. "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov və AFFA-nın baş katibi Elxan Məmmədovun da qatıldığı mətbuat konfransında bu barədə geniş məlumat verildi.
"Atletiko" Madrid klubunun marketinq, korporativ əlaqələr və beynəlxalq layihələr üzrə baş meneceri Emilio Qurierres Bolloza və klub bazasının direktoru Karlos Agilera Martin "Bakı"nın infrastrukturu ilə tanışlıqdan sonra, idarəetmə sistemi, uşaq futbol akademiyasının fəaliyyəti ilə yaxından tanış oldular. Uşaq komandalarının məşqlərini izləyən ispaniyalı qonaqlar, futbol akademiyasının məşq sistemi, qidalanma, bərpa dövrü ilə bağlı məsələlərlə diqqət yetirdilər.
"Bakı" futbol klubunun uşaq futbol akademiyasında yaradılan şəraiti çox yüksək qiymətləndirən "Atletiko" rəsmiləri işlərin gedişindən məmnun qaldıqlarını bildirdilər. "Bakı" futbol akademiyasının rəhbəri Yüksəl Kepoğlu ilə bir araya gələn qonaqlar bir çox məsələlər ətrafında müzakirə apardılar.
"Bakı" futbol klubunun media qurumunun işi ilə tanış olan Emilio Qutierres Bolloza klub televiziyasının fəaliyyətini tərifə layiq sayaraq, media ilə münasibətlər və təbliğat işinin böyük klublar səviyyəsində qurulduğunu ifadə etdi.
Klub bazasının mükəmməl infrastruktura malik olmasını qeyd edən Karlos Agilera Martin "Bakı"nın prezindenti Hafiz Məmmədova futbolun inkişafı istiqamətində göstərdiyi xüsusi diqqtətə görə təşəkkür edərək, bir çox ispan klublarının belə bir şəraitə malik olmadığını açıqladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB