Rəşad Sadıqov: "Bir oyunluq diskvalifikasiya məni sadəcə hiddətləndirir"
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 13-cü turunun "Simurq"la qarşılaşmasında meydandan qovulmasına münasibət bildirib. Siasport.az saytının məlumatıpna görə, futbolçu diskvalifikasiyanın onu hiddətləndirdiyini qeyd edib: "Bir oyunluq diskvalifikasiya məni sadəcə hiddətləndirir. Mən sadəcə qapımıza təyin olunan penaltiyə etirazımı bildirdim. Söymədim, heç bir artıq-əskik söz işlətmədim. Son dövrlər hakimlər bizim oyunlarda çox səhvlərə yol verirlər. Özü də bunlar nəticəyə təsir edən səhvlərdir. Məsələn, elə Tovuzdakı oyunu götürək. O oyunda Rauf Əliyevə qarşı qayda pozuntusuna görə təmiz penaltimiz verilmədi. "Qarabağ" həmişə belə məsələlərdə susmağa üstünlük verir. Amma hakim səhvləri də davam edir. Mən bir şeyi başa düşə bilmirəm. Bu hakim mənə qırmızı vərəqə göstərməklə özünü kimə və nəyə görə göstərmək istəyirdi? Əksinə o hakim qapımıza olmayan penaltini təyin etdiyi üçün üzr istəməliydi. Zədəmi artıq sağaltmışam. "Turan"a qarşı oynamaq istəyirdim. Lakin həmin hakimin təyin etdiyi anlaşılmaz qərar bu imkandan yararlanmağıma mane olacaq. Klub bu qərardan apelyasiya şikayəti verməsi münkündür".
Azerisport.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB