Slavço Georgiyevski: "Qarşıda daha da ağır olacaq" MÜSAHİBƏ

Slavço Georgiyevski: "Qarşıda daha da ağır olacaq" MÜSAHİBƏ

"İnter"in yarımmüdafiəçisi Slavço Georgiyevski müsahibə verib. Siasport.az saytı həmin müsahibəni nəzərinizə çatdırır:

- "Turan"la keçirilmiş oyun barədə nə deyə bilərsiniz?

- Bilirdik ki, bizi ciddi müqavimət gözləyir. Buna baxmayaraq komanda oyuna yaxşı kökləndi və qalib gəlməyi bacardı. Komandanı yaxşı oyun və haqlı olaraq qazanılmış üç xal münasibətilə təbrik etmək istəyirəm.

- Görünürdü ki, "Turan" səviyyə baxımından "İnter"ə bir qədər uduzur. Lakin Tovuz komandası bunu mübarizə və arzu hesabına kompensasiya etmək istəyirdi...

- Bəli, rəqib bacardığı qədər mübarizə apardı. Onlar pis oynamadılar, heç nədə geri qalmaq istəmədilər. Lakin hər halda səviyyə arasındakı fərq öz sözünü dedi. Bununla belə, "Turan" yaxşı təəssürat yaratdı. Bu komanda yaxşı mübarizə apardı.

- "İnter"i qarşıdan Zaqatalaya səfər gözləyir. Qarşıdan gələn matç barədə nə deyə bilərsiniz?

- Bu mövsüm "Simurq" artıq gücünü göstərdi. Bu komanda cari çempionatda yaxşı çıxış edir. Bu oyuna yaxşı hazırlaşmaq lazımdır. Oyun hər iki komanda üçün çətin olacaq. Biz turnir cədvəlində birinciyik. Liderə qarşı oyunlarda, bildiyiniz kimi, bütün komandalar xüsusi köklənir.

- Cari çempionat sürprizlərlə zəngindir. Demək olar aşkar autsayderlər qalmadı. Necə düşünürsünüz, "İnter" belə mürəkkəb mövsümdə çempionluq uğrunda mübarizə apara biləcək?

- Biz buna çox ümid edirik. Bu mövsüm ikiqat çətindir, axı istənilən komanda istənilən rəqibini məğlub edə bilər. Bir də ki, hələ aydın deyil, "ilk altılıq"da kim olacaq. Halbuki ötən mövsüm bu vaxt anlamaq olardı ki, "ilk altılığa" hansı komandalar düşəcək. Bir sözlə, bu mövsümdə kompromissiz mübarizə gedir. Qarşıda daha da ağır olacaq, ancaq biz uğura inanırıq. Bizə xallarımızı əldə etmək, qələbə qazanmaq və məqsədimizə doğru irəliləmək lazımdır.

- Bəs çempionluq yolunda "İnter"in əsas rəqiblərinin hansı komandalar olduğunu düşünürsünüz?

- Bu barədə danışmaq hələ tezdir. Hər komanda sürpriz edə bilər. Bizə bütün matçlara köklənmək lazımdır. Zəif rəqib olmur.

Bütün xəbərlər Facebook səhifəmizdə