Bakının qadınlardan ibarət "İqtisadçı" voleybol klubu növbəti transferini reallaşdırmaq üzrədir. Siasport.az saytının məlumataına görə, Tailand millisinin 7 üzvünün yer aldığı komanda daha bir asiyalı voleybolçu ilə anlaşıb. Bu, Çin millisinin sabiq üzvü Hao Yanqdır. Otuz iki yaşlı oyunçu ilə mövsümün sonunadək razılığa gəlinib və bu günlərdə rəsmi müqavilə imzalanacaq.
2001-2008-ci illərdə Çin yığmasının heyətində Afina Olimpiadasının çempionu olan yeni transfer Pekin Olimpiya Oyunlarının bürünc medalını qazanıb. O, həmçinin dünya çempionatının (2003-cü il), dünya "Qran-pri"sinin (2003-cü il) və Asiya kubokunun (2008-ci il) çempionu, Asiya Oyunlarının 2 qat (2002 və 2006-cı il) və Asiya çempionatının 3 qat (2001, 2003 və 2005-ci il) qalibidir. Bu yarışlarda müxtəlif nominasiyalarda ən güclü adına yiyələnən H.Yanq klub karyerasında "Liaoninq" (Çin, 1991-2008-ci illər) və "Peruca"nın (İtaliya, 2008-2009-ci illər) şərəfini qoruyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB