"Payız" turniri başa çatıb

Azərbaycan Texniki Universitetinin İdman kompleksində AFFA və Əlillər Futbol Federasiyasının birgə təşkil etdiyi eşitməqüsurlu əlillər arasında futzal üzrə ənənəvi "Payız" turniri başa çatıb. Siasport.az saytının məlumatına görə, 4 komandanın mübarizə apardığı turnirin qalibi adını "Ümid" qazanıb. "Zirvə" ikinci, "Birlik" isə üçünü yeri tutub.

Turnirin "Ən yaxşı oyunçusu" adına İntiqam Hacıyev ("Ümid") layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə