Noyabrın 18-də "Turan" komandasıyla görüşdən sonra "İnter"in futbolçularına 1 günlük istirahət verilmişdi. Siasport.az saytının məlumatına görə, "Şəfa" stadionunda bir araya gələn komanda bərpa məşqinə çıxıb.
Georgi Lomaya qayınatasının vəfat etməsilə əlaqədar hazırda Gürcüstandadır və onun "Simurq"la oyunda meydançaya çıxıb-çıxmayacağı sual altındadır. Bundan başqa, Talets Şüts də zədəli olduğundan komandayla birlikdə məşq etmir.
Qeyd edək ki, Vladimir Levin və Bryus Abdulaye "Simurq"la oyunda "İnter"ə kömək edə bilməyəcəklər. Hər iki oyunçu sarı vərəqə limitini doldurduğundan səfər oyununu buraxmalı olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB