"Guardian": "Burak "Mançester Yunayted"i "Qalatasaray"ın cəhənnəmində yandırdı"
Dünən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsində İstanbulda "Qalatasaray"a məğlub olan "Mançester Yunayted", ingilis mətbuatının tənqid hədəfinə çevrilib. "Guardian" qəzeti "Burak "Mançester Yunayted"i "Qalatasaray"ın cəhənnəmində yandırdı" başlıqlı məqalədə yazır ki, ingilis klubunun gənc futbolçuları, bu oyunda Çempionlar Liqası kimi nüfuzlu turnirə hələ hazır olmadıqlarını göstərdilər. "Mirror" qəzeti "Fürgusyon ikinci dəfə "Qalatasaray" qarşısında diz çökməklə qürur duyur" adlı məqalə dərc edib. İngilis qəzeti yazır ki, oyundan sonra şotlandiyalı baş məşqçinin "Qalatasaray"lılarla səmimi görüntüləri ingilisləri ancaq qəzəbləndirə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB