“Azərreyl” “Tauron”a məğlub olub

“Azərreyl” “Tauron”a məğlub olub

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çempionlar Liqası yarışlarında dördüncü oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, komandamız qrup mərhələsi çərçivəsində növbəti matçını səfərdə Polşanın "Tauron" klubuna qarşı keçirib. Görüş 3:2 (18:25, 20:25, 25:10, 25:23, 15:13) hesabı ilə "Tauron" komandasının xeyrinə başa çatıb.
Xatırladaq ki, komandamız bu rəqibini bir həftə əvvəl doğma meydanda 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Azərreyl" ilk oyununu evdə "Drezdner"ə (Almaniya) qarşı keçirib və qələbə qazanın - 3:1. "Eczaçıbaşı" (Türkiyə) ilə səfərdəki qarşılaşma isə 0:3 hesablı məğlubiyyətlə bitib.

Bütün xəbərlər Facebook səhifəmizdə