“Bakı-Azəryol” “Qızıl set”də qalib gəldi

“Bakı-Azəryol” “Qızıl set”də qalib gəldi

Azərbaycanın qadın voleybolçulardan ibarət "Bakı-Azəryol" voleybol klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının 2012/2013-cü il mövsümündə növbəti oyununu keçirib. Siasport.az saytının məlumatına görə, komandamız 1/8 final mərhələsi çərçivəsində Azərbaycan Voleybol Mərkəzində Almaniyanın "Rote Raben" kollektivini qəbul edib.
Maraqlı idman mübarizəsi şəraitində keçən oyun "Bakı-Azəryol" komandasının 3:2 (21:25, 25:18, 25:20, 16:25, 15:7) hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında Almaniyada keçirilmiş ilk oyunda "Rote Raben" voleybolçuları 3:1 hesabı ilə qalib gəldikləri üçün növbəti mərhələyə adlayan komanda "Qızıl set"dən sonra müəyyənləşmib. Rəqibini 15:10 hesabı ilə məğlub edən "Bakı-Azəryol" komandası CEV kuboku yarışlarının dörddəbir final mərhələsinə yüksəlib.
Xatırladaq ki, "Bakı-Azəryol" komandası 1/16 final mərhələsində Sloveniyanın "Nova Branik" klubunu yarışdan kənarlaşdırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə