"İnter"in futbolçusu və baş məşqçisi cəza aldı

"İnter"in futbolçusu və baş məşqçisi cəza aldı

İtaliya Futbol Federasiyası, futbol üzrə İtaliya A Seriyasında oynanılan "İnter" "Çagliari" qarşılaşmasında baş verənlərlə bağlı cəza tədbirlərini açıqlayıb. Siasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, İFF, qarşılaşma zamanı "İnter"in baş məşqçisi Andre Stramaççoni və futbolçu Antonio Kassanonun qaydalardan kənar hərəkətlərini araşdıraraq, hər ikisini cəzalandırıb. Belə ki, baş məşqçi 1 oyunluq texniki zonadan kənarlaşdırılıb. A. Kassano isə 1 oyunluq yaşıl meydanlardan uzaq qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə