Almaniyada müalicəsini davam etdirən "Qəbələ" klubunun müdafiəçisi Vurğun Hüseynov zədəsini sağaltmaq üzrədir. Siasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü açıqlamasında bildirib. Qasıq nahiyəsindəki ağrılardan əziyyət çəkən 24 yaşlı müdafiəçi müalicə prosesinin istənilən kimi getdiyini, yaxın vaxtlarda zədəsini tam bərpa edərək vətənə dönəcəyini söyləyib: "Müalicəm çox yaxşı gedir və tamamlanmaq üzrədir. Müalicə ilə yanaşı, gündəlik fiziki məşqlər də keçirəm. Həkimlərin rəyinə görə yaxın günlərdə tam fiziki hazır olacağam. Futbol və komandamız üçün darıxmışam. Tezliklə Qəbələyə qayıdıb, məşqlərdə iştirak etmək və komandamıza yardımçı olmaq istəyirəm".
Xatırladaq ki, V.Hüseynov birinci dəfə sentyabrda Almaniyada müayinədən keçmişdi. Həmin vaxt vətənə qayıtdıqdan sonra xüsusi proqram əsasında çalışan futbolçu oktyabrın sonlarında bərpa-müalicəvi prosesin axırıncı mərhələsini keçmək üçün Almaniyaya üz tutub. O, təcrübəli həkimlərin və məşqçilərin nəzarəti altında hər gün 90 dəqiqə məşq edir. Məşqin 90 dəqiqə təyin olunması xüsusi əhəmiyyət daşıyır ki, bu da oyun müddətinin məhz bu qədər olması ilə bağlıdır.
Qeyd edək ki, çempionatın əvvəlində zədələnən V.Hüseynov artıq 9 turdur "Qəbələ"yə kömək edə bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB