"İnter"in yarımmüdafiəçisi Asif Məmmədov müsahibə verib. Siasport.az saytı müsahibəni nəzərinizə çatdırır:
- Asif, "Turan"la keçirilən oyun barədə nə deyə bilərsiniz?
- Ötən tur "Sumqayıt"la keçirilən matçda xal itirmişdik, buna görə tovuzlularla oyunda xal itirmək planımıza daxil deyildi. "Turan"la matçda müvəffəqiyyətsizlik turnir cədvəlindəki mövqeyimizə mənfi təsir göstərə bilərdi. Biz çempionluğa oynayırıq və bizə lazımi bütün xalları toplamaq vacibdir. Oyun mürəkkəb alındı, ancaq əsas odur ki, qələbə qazandıq və xal ehtiyamızı artırdıq.
- Məşqlərin birində kiçik zədə aldınız və demək olar bütün həftəni ayrı proqramla məşq etdiniz. Yəqin məhz buna görə baş məşqçi sizi fasilədən sonra meydançaya buraxdı...
- Bəli, zədəm vardı və buna görə bir neçə gün ayrılıqda məşq etdim. Komandayla cəmi iki məşq keçdim. Baş məşqçi məni ikinci hissədə meydançaya buraxmaq qərarına gəldi və mən onun bu qərarına hörmətlə yanaşıram. Mən meydançaya fasilədən sonra çıxdım və komandaya kömək etməyə çalışdım.
- Komandanın başlıca problemlərindən biri zəif realizasiyadır. Bu qarşılaşmada da "İnter" təxminən 15 qol vəziyyəti yaratdı və yalnız 2 vəziyyətdən istifadə etməyi bacardı...
- Bəli, bizim kifayət qədər qol vurmaq şansımız oldu, bir çoxundan istifadə edə bilmədik. Düşünürəm ki, bizə belə epizodlarda daha soyuqqanlı davranmaq lazımdır. Bunun üzərində işləmək lazımdır.
- Artıq növbəti turda komandanı Zaqatalaya çətin səfər gözləyir. Bu görüş haqda nə deyə bilərsiniz?
-Bizi çox çətin matç gözləyir. Səfərdə çempionatın liderlərindən birilə oynayacağıq. Öncədən məlumdur ki, bizə asan olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB