Saxtakarlıq, təhqir, etiraz, dava və cəza...

Saxtakarlıq, təhqir, etiraz, dava və cəza...

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

17 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XIII turunun "Neftçi" – "Sumqayıt" matçının 35-ci dəqiqəsində "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).

18 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XIII turunun "Qarabağ" – "Simurq" matçının 62-ci dəqiqəsində "Qarabağ" klubunun futbolçusu Rəşad Sadıqov hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).

18 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XIII turunun "Qəbələ" – "Kəpəz" matçında "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

16 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun "Neftçi" – "Sumqayıt" matçında "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

17 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun "Bakı" – "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

18 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun "Rəvan" – AZAL matçının 71-ci dəqiqəsində AZAL klubunun 88 №-li futbolçusu Yasin Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

18 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun "Qəbələ" – "Kəpəz" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

17 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun X turunun "Neftçala" – "Tərəqqi" matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunur (maddə 40).

17 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun X turunun "Şuşa" – MOİK matçında MOİK klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 34-cü dəqiqəsində "Şuşa" klubunun 8 №-li futbolçusu Bayram Kərimovla MOİK klubunun 17№-li futbolçusu Şahin Xasaylı bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 200 manat cərimə olunur (maddə 42.1).

18 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun X turunun "Göyəzən" – "Lokomotiv" matçının 68-ci dəqiqəsində "Lokomotiv" klubunun 85 №-li futbolçusu Çingiz Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

18 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun X turunun "Şəmkir" – "Bakılı" matçında "Şəmkir" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

12 noyabr 2012-ci il "Azercell U-17 Liqa"nın "Gənclik" – "Sumqayıt" matçının 78-ci dəqiqəsində "Sumqayıt" klubunun 17 №-li futbolçusu Bayram Nuruzadə rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

13 noyabr 2012-ci il "Kapital Bank U-15 Liqa"nın "Bakı" – "Xəzər Lənkəran" matçının 25-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 3 №-li futbolçusu İbrahim Qədirzadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

18 noyabr 2012-ci il U-14 Liqasının UGİM (Göygöl) – "Lokomotiv" (Gəncə) matçında UGİM (Göygöl) klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

18 noyabr 2012-ci il U-14 Liqasının ROİL – "Lokomotiv" matçının 16-cı dəqiqəsində ROİL klubunun 11 №-li futbolçusu Taleh Rzayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).

17 noyabr 2012-ci il U-14 Liqasının "Turan" – RİOEUGİM (Ağstafa) matçının 36-cı dəqiqəsində "Turan" klubunun 14 №-li futbolçusu Sərxan Sadiqov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).

18 noyabr 2012-ci il U-14 Liqasının "Göyçay OK" – UGİM (Ağsu) matçının 30-cu dəqiqəsində UGİM (Ağsu) klubunun baş məşqçisi Cəmil Atakişiyev hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).

18 noyabr 2012-ci il U-14 Liqasının UGİM (Şamaxı) – "Qobustan" matçında UGİM (Şamaxı) klubunun heyətində 2 №-li futbolçu Allahşükür Süleymanov əvəzinə lisenziyası olmayan Fərid Qarayev iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

17 noyabr 2012-ci il U-14 Liqasının UGİM (Tərtər) – "Ağdam" matçında UGİM (Tərtər) klubunun heyətində Ramil Məmişovun saxta lisenziya ilə iştirak etdiyi aşkar edilmişdir. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

UGİM (Tərtər) klubunun baş məşqçisi Xaliq Abdullayev futbolçuların lisenziyalarını saxtalaşdırıdığı üçün 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılır (maddə 45).

3 noyabr 2012-ci il U-14 Liqasının "Şirvan" – "Qobustan" matçında "Qobustan" klubunun heyətində 4 №-li futbolçu Cavanşir Aydınovun əvəzinə lisenziyası olmayan futbolçu iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

17 noyabr 2012-ci il U-14 Liqasının ŞKGB – UGİM (Quba) matçında UGİM (Quba) klubunun heyətində Elmar Məmmədyarov saxta lisenziya ilə iştirak etdiyi aşkar edilmişdir. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

17 noyabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın Gİİ (Xətai) – "Bakı" matçının matçının 4-cü dəqiqəsində Gİİ (Xətai) klubunun 5 №-li futbolçusu Anar Musayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

17 noyabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın "Bakı-008" – "Sərhədçi" matçının matçının 33-cü dəqiqəsində "Sərhədçi" klubunun 5 №-li futbolçusu Ənvər Cavadov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

17 noyabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın "Hövsan OFK" – "Rəvan" matçının matçının 33-cü dəqiqəsində "Rəvan" klubunun 5 №-li futbolçusu Cavid Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

17 noyabr 2012-ci il U-11 Liqasının "Ağstafa Gəncləri" – UGİM (Qazax) matçında "Ağstafa Gəncləri" klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

17 noyabr 2012-ci il U-11 Liqasının "Naftalan" – UGİM (Tərtər) matçının 29-cu dəqiqəsində UGİM (Tərtər) klubunun 16 №-li futbolçusu Emin Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com