Qızlar Avstriya, Xorvatiya və İsrail yığmaları ilə qarşılaşacaqlar

Qızlar Avstriya, Xorvatiya və İsrail yığmaları ilə qarşılaşacaqlar

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 19 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının 2013/2014-cü il mövsümünün ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, 19 yaşadək qızlardan ibarət yığma komandamızın rəqibləri bəlli olub. Belə ki, püşkün nəticəsinə əsasən birinci qrupda yer alan yığmamız Avstriya, Xorvatiya və İsrail komandaları ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə