Braziliyalı mütəxəssislər Bakıda smeinar keçəcəklər

Braziliyalı mütəxəssislər Bakıda smeinar keçəcəklər

Noyabrın 23-dən 25-dək Bakıda kapoeyra üzrə seminar və sonda kəmər imtahanları keçiriləcək. Siasport.az saytının məlumatına görə, Braziliyadan dəvət olunmuş mütəxəssislər - Mestre Paulao Ceara və Mestre Taysonun iştirakı ilə keçiriləcək tədbirlərə milli federasiyamızın idmançılarından əlavə Gürcüstandan da atletlər qatılacaqlar.
Kəmər imtahanlarında yalnız Azərbaycan Kapoeyra Federasiyasının xüsusi məşqçilərinin icazəsini almış idmançılar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə