"Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev "Sumqayıt"la oyundakı qırmızı vərəqə epizodu ilə bağlı açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, futbolçunun oyundankənar vəziyyətdə olmadığını vurğulayıb: "Sumqayıt klubu ilə oyunda baş hakim Elvin Əsgərov məni texniki zonadan uzaqlaşdırdı. Buna səbəb Nikolas Kanalesin oyundan kənar vəziyyətdə olması ilə bağlı qərara etiraz etməyim oldu. Halbuki oyunu stadiondan izləyən hər kəs açıq-aşkar gördü ki, Kanales rəqibin son müdafiəçisindən xeyli arxada idi. Matçın videoyazısında baxanda da görünür ki, oyundan kənar vəziyyətdən söhbət gedə bilməz. Doğrudur mübahisəli vəziyyətlərdə hakim səhv edə bilər amma konkret bu epizodda hər şey oyun qaydaları çərçivəsində idi. Nəticədə təcrübəli köməkçi hakim Elman Musayev, gənc Elvin Əsgərovu çətin vəziyyətdə qoydu. İnsanlar düşünə bilər ki, etiraza ehtiyac yox idi və "Neftçi" artıq hesabda öndə idi. Kim zəmanət verir ki, eyni vəziyyət gərgin keçən oyunların son dəqiqələrində baş verməyəcək? Buna görə də hesabdan və qələbə qazanmağımızdan asılı olmayaraq düzgün qərarların verilməsini istəyirik. İnanıram ki, AFFA-nın İntizam Komitəsi vəziyyəti araşdıracaq və ədalətli qərar çıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB