İtaliyanın "Milan" futbol klubununun prezidenti Silvio Berluskoni, yeni mövsümdə ard-arda uğursuz çıxışarı ilə azarkeşlərini üzən "Milan"ın düşərgəsinə gəlib. Siasport.az saytı xəbər verir ki, S.Berluskoni komandanın təlim-məşq bazasına helikopterlə enərək, futbolçularla görüşüb. "Milan"ın prezidenti, hər bir futbolçu ilə tək-tək görüşərək, onları ruhdan düşməməyə və özlərinə olan inam hissini itirməməyə çağırıb. Klub prezidenti əlavə edib ki, qarşıdakı turlarda hər bir qələbəyə görə futbolçulara xüsusi mükafat verilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB