Abromoviç qışda Di Matteo ilə yolları ayıracaq?

Abromoviç qışda Di Matteo ilə yolları ayıracaq?

Son vaxtlar futbol üzrə İngiltərə çempionatında işləri yaxşı getməyən və daha çox uğursuz nəticələrlə gündəmə gələn London "Çelsi"sində kritik durum yaranıb. Siasport.az saytı xəbər verir ki, keçən mövsüm komandaya UEFA Çempionlar Liqasını və İngiltərə çempionluğunu yaşadan baş məşqçi Roberto Di Matteu hazırda tamam başqa bir durumla üz-üzə qalıb. İngiltərə mətbuatı yazır ki, "zadəğanların" prezidenti olan Roman Abromoviç, italyan gənc mütəxəssislə yolları ayırmağa qərar verib. "The Sun" yazır ki, artıq rus iş adamı, qış transfer dövründə komandaya yeni baş məşqçi gətirməyi planlaşdırır. "Deyl Teleqraf" isə iddia edir ki, R.Abramoviç, R.D.Matteu ilə görüşərək hazırkı durumu onunla müzakirə edib və belə gedərsə, qış transfer dövründə onunla yolları ayırmaq barədə fikirləşəcəyini onun diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə