Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İstanbulda "Qalatasaray"la görüşəcək "Mançester Yunayted" futbol klubu qarşılaşmaya ikinci heyətlə çıxacaq. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Aleks Fergusyon "Qalatasaray"la oyuna Uen Runi, Rio Ferdinand, Ryan Giks, David de Xea və Robin Van Persi kimi futbolçuları Londonda saxlayıb. Bunun əvəzində şotlandiyalı baş məşqçi Istanbula Nik Povel, Larnell Kol, Rafael, Xaviyer Hernandes və Daren Fletçer kimi təcrübəli futbolçuları gətirməyə qərar verib. A.Fergusyonun əsas heyətdə əsasən gənc futbolçulara üstünlük verəcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB