Zaqatalada AFFA və UNICEF-in birgə tədbiri

Zaqatalada AFFA və UNICEF-in birgə tədbiri

Artıq bir ildən coxdur ki, AFFA və UNICEF Azərbaycan əməkdaşlıq edir. Siasport.az saytının məlumatına görə, bu əməkdaşlığın əsas hədəf qrupu U-17 UNICEF qızlar liqasında çıxış edən futbol klublarıdır. Ötən müddət ərzində əməkdaşlıq çərçivəsində bir necə tədbir kecirlib. Tədbirlərin əsas hissəsini tədris yönümlü təlimlər təşkil edir. Belə tədbirlərdən biri də noyabrın 16-da və 17-də Zaqatalada keçirilib. Tədbirin əsas məqsədi AFFA və UNICEF-in sosial yönümlü əməkdaşlığının işıqlandırılması idi.

Təlim zamanı "Zaqatala" Qadın Futbol Klubunun üzvlərinə sağlam həyat tərzi (sağlam qidalanma, idmanla məşğul olmağın xeyirli tərəfləri, zərərli vərdişlər, erkən nikahların mənfi tərəfləri) və uşaq haqları barədə ətraflı məlumatlar verilib. Növbəti gün liqanın qızları təlimdən öyrəndikləri məlumatları öz həmyaşıdlarına çatdırıb və təlimçi Aydın Xəlilovla birlikdə bir çox maraqlı tapşırıqlar yerinə yetiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə