“Bakı”dan fərqli seriyalara fərqli sonluq

“Bakı”dan fərqli seriyalara fərqli sonluq

XIII tur "Bakı"nın əsas və əvəzedici komandaları üçün fərqli olub. Siasport.az saytının məlumatına görə, əsas komanda qələbəsizlik seriyasını dayandırıbsa, əvəzedicilər əksinə, qələbələrin davamını gətirə bilməyiblər.

IV turun avqustun 26-da baş tutan matçında "Kəpəz"i 3:1 hesabı ilə məğlub edən "Bakı" 7 oyunluq uğursuzluqdan sonra qalib gəlib. Mövsümün antirekordu olan 7 matçlıq seriyaya 83 gün sonra son verən Bojidar Bandoviçin yetirmələri "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə məğlub edib. Bu seriya müddətində paytaxt təmsilçisi 5 dəfə heç-heçə edib və 2 dəfə məğlub olmuşdu.

Əvəzedicilər isə "Xəzər Lənkəran"la 1:1 hesablı heç-heçə ediblər. Bununla da 12 oyunluq qələbə seriyası qırılıb. Biri texniki nəticə olmaqla mövsümün ilk 12 matçında qalib gələn "Bakı" sonuncu dəfə ötən mövsümün 32-ci turunda xal itirmişdi. Həmin vaxt "Neftçi"yə 2:3 hesabı ilə uduzan bakılılar çempionatların rekordunu müəyyənləşdirib. Belə ki, 2008-ci ildən təşkil olunan əvəzedicilərin çempionatlarında ardıcıl 12 qələbə qazanan olmamışdı. Bunadək "Neftçi" 2009/10, "İnter" 2010/11 mövsümündə 9 qələbəni sıralamaqla rekordçu idi.

Bütün xəbərlər Facebook səhifəmizdə