Futbol üzrə Türkiyə Superliqasında turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, cümə günü turun açılış oyununda "Qalatasaray"ın "Karabükspor"a 1:3 hesabı ilə məğlubiyyətindən sonra, çoxları "Fənərbaxça"nın əzəli rəqibinin məğlubiyyətindən sonra qələbə qazanacağını düşünürdü. Lakin hər şey əksinə baş verib. Belə ki, "Eskişehirspor"un qonağı olan "Fənərbaxça", Caner Erkinin qırmızı vərəqə alaraq meydandan qovulduğu qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılıb. "Beşiktaş" isə iki əzəli rəqibinin xal itirməsindən məharətlə yararlanıb. Belə ki, "qara qartal" səfərdə qarşılaşdığı "Antalyaspor"u əzmkar oyunu ilə 5:3 hesabı ilə məğlub edərək turnir cədvəlindəki durumunu xeyli yaxşılaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB