Məhəmmədrəsul Məcidov: ”Rinqə dönəcəyim günü səbirsizliklə gözləyirəm”
Boks üzrə dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovu yaxın vaxtlarda yenidən WSB liqasında görəcəyik. Siasport.az saytının məlumatına görə, "Baku Fires" klubunun rəhbərliyi ilə razılığa gələn boksçu artıq gələn həftədən məşqlərə başlayacaq: "Mənim adım sifariş ərizəsinə daxil ediləcək. Bir qədər hazırlıq keçdikdən sonra inanıram ki, bu il komandama kömək edə biləcəyəm. Rinqə dönəcəyim günü səbirsizliklə gözləyirəm".
Məcidov "Baku Fires"in "Argentina Condors"la (5:0) görüşü haqda da fikirlərini bildirib: "Məncə komandamızın bu ilki heyəti yetərincə güclüdür. Kluba bir sıra yeni boksçular dəvət olunub. Zəif mövqelər gücləndirilib. Dünya və Avropa çempionu Albert Səlimov da artıq bizimlədir. O, bu gün ilk qələbəsini qazandı. Bu, "Argentina Condors"un debüt matçı olsa da, onlar da layiqli müqavimət göstərməyə çalışdılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB