WSB liqasında "Baku Fires" klubunun heyətində debüt edən boks üzrə dünya və Avropa çempionu Albert Səlimov İqnasio Perrinlə (Argentina) döyüşün onun üçün asan keçmədiyini bildirib. Siasport.az saytının məlumatına görə, boksçu son zamanlar bəxtinin gətirmədiyni qeyd edib: "Son vaxtlar heç bəxtim gətirmirdi, uğursuzluqlar məni izləyirdi. Bakıda keçirilən dünya çempionatında guya rəqibə qurşaqdan aşağı zərbə endirdiyim üçün diskvalifikasiya olundum. Daha sonra Trabzonda - Avropa Olimpiya təsnifat turnirində zədələndiyimdən döyüş yarımçıq dayandırıldı və Londona gedə bilmədim. Açığı bundan sonra karyeramı başa vurmağı düşünürdüm, amma məşqçim Nuripaşa Talibov "Baku Fires" klubu ilə anlaşdıqdan sonra məni də bura dəvət etdi. Təklifi müsbət cavabladım. İlk döyüş asan olmadı. Amma potensialımı tam şəkildə ortaya qoymadım. Gücümü qoruyaraq vuruşdum. Nəzərə almaq lazımdır ki, qarşıda da bizi çətin döyüşlər gözləyir. Ümumiyyətlə, Olimpiya boksu ilə WSB arasında kifayət qədər fərqlər var. Orada bir raundda bəzən tam gücünü qoya bilirsən. Burda isə sonadək ehtiyatı əldən verməməlisən. İnanıram ki, qarşıdakı görüşlərdə öz potensialımı tam şəkildə nümayiş etdirə biləcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB