Əfqan Talıbov: "Hücumda oyun qurmağa çətinlik çəkdik"

Əfqan Talıbov: "Hücumda oyun qurmağa çətinlik çəkdik"

"Rəqibin oyununa bələd idik. Qarşılaşmaya Tovuzda hazırlaşmışdıq. Stabil heyəti formalaşdırmağa çalışırıq". Siasport.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 13-cü turunda keçirilən "İnter" - "Turan" (2:0) oyunundan sonra qonaqların baş məşqçisi Əfqan Talıbov deyib. O, tapşırıqlarının yerinə yetirilməməsindən şikayətlənib: "Çempionat vaxtı oyunçuları sınaqdan keçirmək, xəttlərarası əlaqəni qaydasına salmaq çətindir. Mərkəz müdafiəçilərin verilən tapşırığı yerinə yetirməməsi mərkəzdən tez qol buraxmağımıza səbəb oldu. Vurulan ilk qoldan sonra "İnter" əks-hücum taktikası ilə oynadı. Hücumda oyun qurmağa çətinlik çəkdik. İlk hissədə komandanın oyunundan 30-40% razı qala bilərəm. Qapıçımız komandanı bir neçə dəfə real qol epizodunda xilas etdi. İkinci hissədə əldə etdiyimiz qol imkanlarından yararlana bilmədik".

Bütün xəbərlər Facebook səhifəmizdə