Qurban Qurbanov: "Sona qədər mübarizə apardıq"

Qurban Qurbanov: "Sona qədər mübarizə apardıq"

Topaz Premyer Liqasının 13-cü turunda baş tutan "Qarabağ" - "Simurq" (2:1) matçından sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun barədə danışıb. Siasport.az syatının məlumatına görə, mütəxəssis hissələrin fərqli keçdiyini qeyd edib: "Bizim üçün vacib oyun idi. Çempionatda ikinci yerdə gedən komandaya qalib gəldik. İki fərqli hissə izlədik. Fasilədən sonra rəqibin hücuma keçəcəyini bilirdik. Oyunun sonlarına yaxın təzyiqi artırdıq. Sona qədər mübarizə apardıq və qalib gəldik".

Bütün xəbərlər Facebook səhifəmizdə