George Çixradze: "Bu, bizə bəraət qazandırmır"

George Çixradze: "Bu, bizə bəraət qazandırmır"

"Oyundan öncə heyətlə bağlı müəyyən çətinliyimiz var idi". Siasport.az saytının məlumatına görə, bu sözləri "Simurq" klubunun baş məşqçisi George Çixradze Topaz Premyer Liqasının 13-cü turunda keçirilən "Qarabağ" - "Simurq" (2:1) oyunundan sonra deyib. Baş məşqçi komandasının itkilərlə oynamasını vurğulayıb: "Cəzalı 4 futbolçumuzdan üçü müdafiəçidir. Komandanın ehtiyat qüvvəsi yoxdur, lakin bu, bizə bəraət qazandırmır. İlk hissədə kobud səhvlərə yol verdik. İkinci hissəni daha yaxşı keçirdik, hesabı bərabərləşdirə bilərdik. Təəssüf ki, öz səhvlərimiz görə məğlub olduq".

Bütün xəbərlər Facebook səhifəmizdə