Nikolas Kanales: "Onlardan dəstək gözləyirik"

Nikolas Kanales: "Onlardan dəstək gözləyirik"

"Neftçi" PFK-nın hücumçusu Nikolas Kanales açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, ölkəmizdəki futbol infrastrukturuna olan diqqətdən danışıb: "Bu gün yeni stadionumuzda məşqə çıxdıq. Azərbaycana gəldiyim gündən burada futbol infrastrukturuna xüsusi diqqət yetirildiyini gördüm. Öyrəndim ki, şəhərin digər yerlərində də yüksək standartlara cavab verən qurğular inşa edilir. Əslində bu, futbolun inkişafı üçün ən zəruri amildir. Fikrimcə azarkeşlərə də belə stadionlara gəlib komandalarına dəstək olmaq böyük zövq verər. Avropa Liqasında on minlərlə futbolsevər oyunumuzu izləməyə gəlmişdi. Azərbaycan çempionatında da onlardan dəstək gözləyirik. "Sumqayıt" klubu ilə matçda qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirik"

Bütün xəbərlər Facebook səhifəmizdə