"Bakı" futbol klubunun hücumçusu Vangelis Mantsios paytaxt klubu ilə yollarını ayıra bilər. Siasport.az saytının məlumatına görə, bu barədə Yunanıstanın "Sentragoal" nəşri məlumat yayıb. Yazıda bildirilib ki, onu Afinanın AEK klubu transfer etməkdə maraqlıdır. Bu komanda hazırda Yunanıstan çempionatında ciddi çətinliklərlə üz-üzədir və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. "Bakı" rəhbərliyi V.Mantsiosdan imtina etsə, o, sözügedən komandada iştirak edə bilər.
Qeyd edək ki, V.Mantsios bir neçə gün əvvəl "Bakı"nın baş məşqçi Bojidar Bandoviç tərəfindən əvəzedici komandaya göndərilib. Onun qışda komandadan ayrılacağı barədə xəbərlər də məhz bundan sonra yayılmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB