Dünya çempionatının finalında 7 boksçumuz döyüşəcək

Dünya çempionatının finalında 7 boksçumuz döyüşəcək

Bakı İdman Sarayında keçirilən boks üzrə tələbələr arasında dünya çempionatının finalçıları müəyyənləşib. Siasport.az saytının məlumatına görə, milli komandamızın 7 üzvü həlledici görüşdə çıxış etmək hüququ qazanıb. Salman Əlizadə, Samir Məmmədov, Cavid Çələbiyev, Heybətulla Hacəliyev və Emin Əhmədovun ardınca daha iki boksçumuz yarımfinalda qələbə qazanıb. Çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan gənclər arasında dünya çempionu Şaban Şahpələngov ukraynalı Dmitri Kartaşov üzərində inamlı qələbə qazanıb. Üçüncü raundda hakimlər döyüşü saxlayaraq, qələbəni həmyerlimizə veriblər. Tamerlan Abdullayev (69 kq) isə Qazaxıstan boksçusunu çətinliklə məğlub edib - 12:10.
Vətən Hüseynli (81 kq) və Kamran Mehdiyev (91 kq-dan yuxarı) finala vəsiqə qazana bilməyiblər. London Olimpiadasının iştirakçısı V.Hüseynli Ukrayna, K.Mehdiyev isə Rusiya boksçusuna məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə