"Qarabağ" klubu "Simurq"la oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın XIII turunda Zaqatala təmsilçisini qəbul edəcək "Qarabağ" bu günü bir məşqlə keçirib. Günün yeganə çalışması Suraxanı qəsəbə stadionunda baş tutub. Ağdam təmsilçisi eyni zamanda, ilk dəfə tur üçün tam heyətlə çalışma şansı əldə edib. Belə ki, millilərdən dönən futbolçular bu gün komanda ilə məşq ediblər.
Qeyd edək ki, "Qarabağ" - "Simurq" matçı noyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 16:00-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB