Azərbaycanın çempionu məlum oldu

Azərbaycanın çempionu məlum oldu

Bakı Otüstü Xokkey Kompleksində otüstü xokkey üzrə Respublika çempionatı başa çatıb. Siasport.az saytının məəlumatına görə, 13-15 yaşlı yeniyetmə oğlanların iştirak etdikləri yarışlarda "Sumqayıt-2″ və "Şəki" komandaları çempionatda daha uğqurla çıxış edərək finala vəsiqə qazanıblar.
Bu komandalar finalda yarışların qalibi olmaq uğrunda mübarizə aparıblar. Görüşdə "Sumqayıt-2″ komandası rəqibinin qapısından 10 cavabsız top keçirərək Azərbaycanın çempionu adını qazanıb.
"Sumqayıt-2″ komandasının xokkeyçisi Kənan Cabbarov çempionatda "Ən sərrast hücumçu" nominasiyasında qalib olub. O, yüksək nəticə göstərərək - 21 qolla çempionatın ən məhsuldar oyunçusu elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə