Bakı İdman Sarayında boks üzrə tələbələr arasında dünya çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, yarışın 3-cü günündə milli komandamızın 4 üzvü rinqə çıxıb. 49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə rusiyalı Maqomed İbiyevlə üz-üzə gəlib. 15:7 hesabı ilə qalib gələn həmyerlimiz dünya çempionatına qələbə ilə başlayıb. 56 kq çəki dərəcəsində yarışan Cavid Çələbiyevin görüşü isə daha çətin alınıb. O, türkiyəli boksçunu 4 xal fərqlə məğlub edib – 13:9. Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev də Türkiyə idmançısı üzərində qələbə qazanıb. Yığmamızın üzvü Ural Qarslıoğlunu 11:3 hesabı ilə üstələyib. Son olaraq boksçularımızdan Emin Əhmədov rinqə çıxıb. O, ukraynalı Taras Makarovu 1 xal fərqlə məğlub edib - 15:14.
49 kq
Salman Əlizadə (Azərbaycan) 15:7 Maqomed İbiyev (Rusiya)
Oljas Bainiazov (Qazaxıstan) 7:13 Ferhat Pəhləvan (Türkiyə)
56 kq
Abdullah Dursun (Türkiyə) 9:13 Cavid Çələbiyev (Azərbaycan)
Mahir Paşayev (Rusiya) – Oleq Prudkiy (Ukrayna) tam üstünlüklə Paşayev qalib gəlib
64 kq
Dmitri Qalaqot (Moldova) 10:13 Ruslan Urix (Rusiya)
Heybətulla Hacəliyev (Azərbaycan) 11:3 Ural Qarslıoğlu (Türkiyə)
75 kq
Taras Makarov (Ukrayna) 14:15 Emil Əhmədov (Azərbaycan)
Amir Süleymanov (Rusiya) 8:4 Abzal Kuttibekov (Qazaxıstan)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB