Azərbaycan futbolunda bir ilk

Topaz Premyer Liqasının 13-cü turunun bütün oyunları "İdman Azərbaycan" kanalının canlı efirində tamaşaçılara təqdim olunacaq. Soiasport.az saytının məlumatına görə, ilk dəfə olaraq Azərbaycan futbolunda bir turun bütün oyunları televiziya vasitəsi ilə canlı yayımlanacaq.

17 noyabr (şənbə)

"Neftçi" – "Sumqayıt"
8-ci km. stadionu, 15:00 (canlı, "İdman Azərbaycan")

18 noyabr (bazar)

"Bakı" – "Xəzər Lənkəran"
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, 14:00 (canlı, "İdman Azərbaycan")

"Qarabağ" – "Simurq"
T.Bəhramov adına Respublika stadionu, 16:00 (canlı, "İdman Azərbaycan")

"İnter" – "Turan"
"Şəfa" stadionu, 18:00 (canlı, "İdman Azərbaycan")

19 noyabr (bazar ertəsi)

"Qəbələ" – "Kəpəz"
Qəbələ şəhər stadionu, 14:00 (canlı, "İdman Azərbaycan")

"Rəvan" – AZAL
Bayıl Arena stadionu, 16:00 (canlı, "İdman Azərbaycan")

Bütün xəbərlər Facebook səhifəmizdə