VIII duelə doğru STATİSTİKA

Azərbaycan milli komandasının oyunu ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən sonra "Qəbələ" ilk oyununu noyabrın 19-da keçirəcək. Siasport.az saytının məlumatına görə, komandanın rəqibi Gəncənin "Kəpəz" klubu olacaq. Rəqibin ölkənin ən zəngin tarixə malik klublarından biri olmasına baxmayaraq, komandalar cəmi 7 dəfə görüşüb.

Bu da qərblilərin müəyyən müddətə fəaliyyətini dayandırması ilə bağlıdır. Bu üzdən "Qəbələ" ilə Gəncə təmsilçisi arasında ilk oyun 2 il əvvəl oktyabrın 31-də baş tutub. Həmin vaxt "Gəncə" adlanan klubla 2 dəfə təsnifat mərhələsində görüşən "Qəbələ" qolsuz heç-heçələrlə kifayətlənmişdi. Bu komandalar həmin – 2010/11 mövsümündə 7-12-ci yerlər uğrunda final mərhələsində də üz-üzə gəliblər. Lakin yenə hər 2 matç heç-heçə bitib. Yeganə fərq ondan ibarət olub ki, Qəbələdə komandalar 1 xalı 1 qolla qazanıblar.

Ötən mövsüm isə komandaların hərəsi öz meydanında qalib gəlməyi bacarıb. "Qəbələ" doğma divarlar arasında 2 cavabsız qol vurmağın öhdəsindən gəlsə də, gəncəlilər evdə minimal fərqə sevinib. Qeyd edək ki, "Qəbələ" məğlub olduğu səfər matçında da 2 qol vurub. Gəncə təmsilçisi cari mövsüm də ev oyununda minimal fərqli qələbəyə sevinib.

Bununla da ölkə kubokunda heç vaxt görüşməyən komandaların çempionatdakı 7 qarşılaşmasında top fərqi tarazlaşıb - 5:5.Qələbə sayında "Kəpəz" öndədir. Lakin qonaqların heç vaxt qalib gəlmədiyi duellərdə 2-ci qələbəni qazanıb, tarazlığa nail olmaq növbəsi "Qəbələ"nin tərəfindədir. Son 3 qarşılaşmada meydan sahiblərinin qalib gəlmək ənənəsinin davamı bunun üçün yetərlidir.

2010/11

31.10.2010

Premyer Liqa

Gəncə - Qəbələ

0:0

2010/11

27.02.2011

Premyer Liqa

Qəbələ - Gəncə

0:0

2010/11

02.04.2011

Premyer Liqa

Qəbələ - Gəncə

1:1

2010/11

12.05.2011

Premyer Liqa

Gəncə - Qəbələ

0:0

2011/12

16.10.2011

Premyer Liqa

Qəbələ - Kəpəz (Gəncə)

2:0

2011/12

07.03.2012

Premyer Liqa

Kəpəz (Gəncə) - Qəbələ

3:2

2012/13

15.09.2012

Premyer Liqa

Kəpəz (Gəncə) - Qəbələ

1:0

Bütün xəbərlər Facebook səhifəmizdə