"Messi özgə planetin adamıdır"

"Messi özgə planetin adamıdır"

Leonel Messi ilə Kriştiano Ronaldonun bir komandada oynaması ilə bağlı fikirlər, artıq getdikcə gərgin müzakirələrə yol açıb. Siasport.az saytı xəbər verir ki, L.Messinin komanda yoldaşı olan "Barselona"lı Jerard Pike hesab edir ki, komanda yoldaşı L.Messi bu il də "Qızıl top" mükafatını almağa layiqdir. J.Pike bu fikirdədir ki, Messi "Real"ın hücumçusu Kriştiano Ronaldodan güclü oyunçudur: "Mən Ronaldonu dünyanın ən güclü futbolçusu hesab edənlərə hörmətlə yanaşıram. Amma qeyd etməliyəm ki, Messi özgə planetin adamıdır, Ronaldo isə insanlar arasında ən yaxşıdır. Mən Ronaldo ilə "Mançester Yunayted"də birgə oynamışam. O, yaxşı və əməksevər futbolçudur. Lakin ona Messinin yanında yer yoxdur" – deyə J.Pike bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə