"Bakı"nın iki futbolçusu "bıçaq altına" düşdü

"Bakı"nın iki futbolçusu "bıçaq altına" düşdü

"Bakı"nın hücumçusu Uinston Parks 14 noyabr 2012-ci il tarixində "Acıbadem Fulya" xəstəxanasında dizin qabağ çapraz bağının bərpası əməliyyatı keçirib. Siasport.az saytının məlumatına görə, "Acıbadem Fulya" xəstəxanasının İdman şöbəsində professor doktor Ömer Taşer tərəfindən əməliyyat olunan futbolçunun vəziyyəti qənaətbəxş olaraq dəyərləndirilir.

Cərrahiyyə əməliyyatının uğurlu alındığı və Parksın təkrar müayinələrdən sonra 19 noyabr tarixində evə buraxılacağı bildirilir.

Eyni gündə "Acıbadem"də gənc futbolçu Eltun Hüseynov da əməliyyat olunub. Dizinin xarici yan bağında yırtıq aşkarlanan Eltunun da bərpa əməliyyatı sonrası özünü yaxşı hiss etdiyi və bir neçə gün həkim nəzarətində olacağı açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə