"Bakı" "Xəzər Lənkəran"la oyuna ciddi hazırlaşır

"Bakı" "Xəzər Lənkəran"la oyuna ciddi hazırlaşır

Topaz Premyer Liqasının XIII turunun "Bakı"-"Xəzər Lənkəran" oyununa hazırlaşan "zolaqlılar" Bojidar Bandoviçin rəhbəriyi altında növbəti məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, "Bakı" futbol klubunun təıim-məşq bazasının stadionunda toplaşan komanda isinmə hərəkətlərindən sonra baş məşqçinin tapşırıqlarına əsasən çalışmağa başlayıb. Məşqdə zədəli Uinston Parks və milli komandalarının heyətlərinə dəvət alan Giorgi Popxadze (Gürcüstan), Elvin Məmmədov (Azərbaycan) və Novruz Məmmədov (Azərbaycan U-21) yer almayıblar.

Bojidar Bandoviç 90 dəqiqə sürən məşq zamanı standard vəziyyətlərin icrasına xüsusi yer ayırıb. Güclü yağışla müşahidə olunan məşq zamanı futbolçuların əzmkarlıqla çalışması diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə