“Azərreyl” “Tauron”u məğlub yola saldı

“Azərreyl” “Tauron”u məğlub yola saldı

Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çempionlar Liqası yarışlarının 2012/2013-cü il mövsümündə üçüncü oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, komandamız qrup mərhələsi çərçivəsindəki növbəti matçını Azərbaycan Voleybol Mərkəzində Polşanın "Tauron" klubuna qarşı keçirib. İlk setdə məğlub olan təmsilçimiz növbəti setlərdə qalib gələrək, əzmkar qələbəyə imza atıb - 3:1 (22:25, 25:12, 25:20, 25:17).
Xatırladaq ki, "Azərreyl" ilk oyununu evdə "Drezdner"ə (Almaniya) qarşı keçirib və qələbə qazanıb - 3:1. "Eczaçıbaşı" (Türkiyə) ilə səfərdəki qarşılaşma isə 0:3 hesablı məğlubiyyətlə bitib.
"Tauron" komandası isə bundan əvvəl "Eczaçıbaşı"ya 1:3, "Drezdner"ə isə 2:3 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə