İdmançılarımız Avropa çempionatında 3 medal qazandılar

İdmançılarımız Avropa çempionatında 3 medal qazandılar

Sankt-Peterburqda "Buz" idman sarayında qarışıq döyüş üzrə 1-ci açıq Avropa çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, WMMAA təşkil etdiyi mötəbər yarışda 20 ölkə təmsil olunub. Azərbaycan komandası yarışda 3 medal qazanmaqla tarixi uğura imza atıb. 70 kq çəki dərəcəsində Etiqad Atakişiyev yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. 84 kq-da Taleh Nəcəfzadə və 93 kq-dan yuxarı çəkidə mübarizə aparan Zaur Hacıbabayev isə bürünc medal qazanıb. Komanda hesabında millimiz Rusiyadan sonra 2-ci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə